XƏBƏRLƏR

“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” respublika konfransı başa çatıb

“Davamlı inkişaf  və humanitar elmlərin aktual problemləri” respublika konfransı başa çatıb

24 oktyabr 2019

Baxış sayı: 3154

Azərbaycan Universitetində keçirilən “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika elmi konfransı bölmə iclaslarının ardından başa çatıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir öncəsində ümummilli liderin universitetin foyesindəki büstü önünə gül səbəti qoyulub, xatirəsi ehtiramla yad olunub.

Konfransı giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açıb. Prorektor konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin aktuallığı və əhəmiyyəti haqqında danışıb.

Konfransın qonaqları Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə,  Elm üzrə prezident mükafatçısı, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının nümayəndəsi Elnur Həsənov çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar. Daha sonra professor Qorxmaz Quliyevin “Əsər – oxucu: kommunikasiya problemi” mövzusunda plenar məruzəsi dinlənilib.

Açılışın və plenar iclasın ardından konfrans işini dil və ədəbiyyat, tarix, iqtisadiyyat, sosial elmlər bölmələrində davam etdirib.

Konfransın məqsədi davamlı inkişaf strategiyalarının və  bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.10.2019


DİGƏR XƏBƏRLƏR