XƏBƏRLƏR

Azərbaycan Universitetində “Nəsimi əbədiyyətdir” tədbiri keçirilib

Azərbaycan Universitetində “Nəsimi əbədiyyətdir” tədbiri keçirilib

26 dekabr 2019

Baxış sayı: 3093

Azərbaycan Universitetində Azərbaycan xalqının fəlsəfi fikrində dərin iz qoymuş dahi mütəfəkkir və şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat və Xarici dillər kafedraları tərəfindən birgə təşkil olunan tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamını rəhbər tutaraq və universitetin “Nəsimi ili” tədbirlər planına uyğun olaraq təşkil olunub.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova tədbir iştirakçılarına  2019-cu il ərzində ölkədə, ölkə hüdudlarından kənarda və Azərbaycan Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər haqqında məlumat verib, görkəmli şairin irsinin öyrənilməsi və təbliği ilə bağlı xeyli iş görüldüyünü diqqətə çatdırıb.

Kafedranın müəllimi Ülviyyə Əliyeva Nəsiminin ədəbi və fəlsəfi irsinin Azərbaycan xalqına məxsus böyük bir xəzinə olduğunu və bu xəzinənin sistemli şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova tədbirin ərsəyə gəlməsində əməyi keçən müəllim və tələbələrə təşəkkür edib.

Daha sonra filologiya və tarix ixtisasları üzrə təhsil alan tələbələr şairin qəzəllərini səsləndiriblər, tərcümə ixtisası üzrə təhsil alan tələbələr isə “Nəsimi” filmindən ingilis dilində 2 epizod təqdim ediblər.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.12.2019

DİGƏR XƏBƏRLƏR