XƏBƏRLƏR

Azərbaycan Universitetində “Nizami Gəncəvi ili” tədbirlər planı icra olunacaq

Azərbaycan Universitetində “Nizami Gəncəvi ili” tədbirlər planı icra olunacaq

25 yanvar 2021

Baxış sayı: 3921

Prezident İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi ili” elan edib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Universitetində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Tədbirlər planına əsasən əsasən Universitetin elmi jurnalı “İpək yolu” və korporativ informasiya jurnalı “Çağlayan”da dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələri və publisistik yazılar dərc olunacaq. O cümlədən “İpək yolu” jurnalının xüsusi buraxılışı Nizami Gəncəvinin yaradıcılığına həsr olunacaq.

İl ərzində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş mühazirələr, nizamişünas alimlərlə tələbələrin görüşlərinin təşkili və tələbələr arasında inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər planı çərçivəsində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans, dəyirmi masa, seminar kimi elmi tədbirlərin, bədii irsini əks etdirən kitab sərgilərinin təşkili, universitetdə “Nizami Gəncəvi Auditoriyası”nın yaradılması da nəzərdə tutulur.

Tədbirlərin formatı pandemiya səbəbilə yaranmış ektremal vəziyyətin gedişatından asılı olaraq müəyyənləşdiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.01.2021

DİGƏR XƏBƏRLƏR