XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası yekunlaşdı

Azərbaycan Universitetində qış imtahan sessiyası yekunlaşdı

07 fevral 2019

Baxış sayı: 3520

Azərbaycan Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatıb. Sessiya 03 yanvar - 06 fevral tarixləri arasında keçirilib.

Sessiya Təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə əmrinə, o cümlədən Azərbaycan Universiteti rektorunun əmrlərinə uyğun təşkil edilib. Sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “İmtahan qərargahı",  tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərib. 

"İmtahan qərargahı"na daxil olan müraciət və şikayətlərin operativ şəkildə araşdırılması üçün tədbirlər görülüb. Apellyasia Komissiyasına daxil olan müraciətlərə operativ baxılaraq məsələlər əsaslandırılmış şəkildə öz həllini tapıb, tələbələrin səhvləri bir-bir izah edilib. Şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılıb.

İmtahanlar müşahidə kameraları ilə təchiz olunmuş auditoriyalarda keçirilib. Nəticələr imtahan başa çatdıqdan sonra qısa müddətdə elan edilib.

İmtahanlarda üzrlü səbələrdən iştirak etməyən tələbələr üçün əlavə imtahanlar təşkil olunub. İkinci cəhd imtahanları isə fevral ayının 4-dən 6-dək keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.02.2019


DİGƏR XƏBƏRLƏR