XƏBƏRLƏR

Azərbaycan Universitetində ənənəvi rektor-tələbə görüşlərinə start verildi

Azərbaycan Universitetində  ənənəvi rektor-tələbə görüşlərinə start verildi

09 oktyabr 2018

Baxış sayı: 3737

Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın tələbələrlə ənənəvi görüşləri başlayıb. Rektor-tələbə görüşlərində II, III, IV kurs tələbələri, fakültə dekanları və tyutorlar iştirak edir.

Görüşlərin məqsədi tələbələrlə bilavasitə ünsiyyət qurmaq, onların fərdi problemlərindən xəbərdar olmaq və təkliflərini dinləməkdir.

Səadət Əliyeva rektor–tələbə görüşlərinə keçən il start verildiyini xatırladıb və tələbələrlə birbaşa ünsiyyətdə olmaqdan məmnuniyyətini ifadə edib. Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq qeyd edilən təkliflərin dəyərləndirilməsi üçün tapşırıqlar verib.

Görüşlərdə diqqətə çatdırılıb ki, tələbələrin peşəkar mütəxəssis kimi yetişmələrində müasir çağırış və tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməklə yanaşı universitetin ictimai həyatında səmərəli fəaliyyət göstərmək də olduqca əhəmiyyət daşıyır.  

Tələbələr universitet rəhbərliyinə onlarla görüşə vaxt ayrıldığı, göstərilən diqqət və səmimi dialoqa görə təşəkkür edib, artıq ənənəviləşən rektor-tələbə görüşlərinin onlar üçün stimul və motivasiya mənbəyi olduğunu bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.10.2018


DİGƏR XƏBƏRLƏR