XƏBƏRLƏR

Azərbaycan Universitetində şahmat və dama üzrə bahar turnirinin ikincisi keçirilib

Azərbaycan Universitetində şahmat və dama üzrə bahar turnirinin ikincisi keçirilib

10 aprel 2017

Baxış sayı: 4525

Azərbaycan Universitetində “Şahmat və Dama üzrə Bahar Turniri” keçirilib. Bu il ikincisi keçirilən turnirdə bütün fakültə və kurslar üzrə şahmat və damaya marağı olan tələbələrlər yanaşı universitetin müəllim və inzibati heyəti də iştirak edib. Turnirin nəticələrinə əsasən I, II və III yeri tutanlara diplom, yarışın birincilərinə isə kubok təqdim olunub.

Maraqlı və gərgin anlarla yadda qalan turnurdə tələbələr arasında Vüqar Məmmədov şahmat üzrə, Kənan Xələfov isə dama üzrə qalib olub. İlqar İskəndərov isə hər iki turnir üzrə ikinciliyi əldə edib. Müəllim və inzibati heyət arasındakı turnirə isə sabah yekun vurulacaq.

Tələbələr arasında şahmat turnirinin qalibləri:

  • I yer – Vüqar Məmmədov, Biznes və iqtisadiyyat fakültəsi (Maliyyə, III kurs)
  • II yer – İlqar İskəndərov, Biznes və iqtisadiyyat fakültəsi (Menecment, IV kurs)
  • III yer – Rövşən Saatov, Biznes və iqtisadiyyat fakültəsi (Maliyyə, I kurs)

Tələbələr arasında dama turnirinin qalibləri:

  • I yer – Kənan Xələfov, Sosial iş fakültəsi (Sosial iş, IV kurs)
  • II yer – İlqar İskəndərov, Biznes və iqtisadiyyat fakültəsi (Menecment, IV kurs)
  • III yer – Azad Bağırzadə, Biznes və iqtisadiyyat fakültəsi (Dövlət və bələdiyyə idarəetməsi, II kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi
10.04.2017

DİGƏR XƏBƏRLƏR