XƏBƏRLƏR

Azərbaycan Universitetində VIII daxili şahmat turniri keçirilib

Azərbaycan Universitetində VIII daxili şahmat turniri keçirilib

03 dekabr 2021

Baxış sayı: 1485

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə və Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunmuş VIII daxili şahmat turniri keçirilib.

Blts sistemi üzrə keçirilən ənənəvi turnirdə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

Turnirin qalibi humanitar fənlər fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbəsi Sədi Bəşirov olub. Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Ülkər Abdurahmanlı II yeri, humanitar fənlər fakültəsinin tarix ixtisası üzrə II kurs tələbəsi Nahid Məmmədov isə III yeri tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.12.2021

DİGƏR XƏBƏRLƏR