XƏBƏRLƏR

Azərbaycan Universitetində “Sələmçilikdən Dünya Bankına gedən uzun yol” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində  “Sələmçilikdən Dünya Bankına gedən uzun yol” mövzusunda seminar keçirilib

08 noyabr 2017

Baxış sayı: 4109

Bu gün Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsində “Sələmçilikdən Dünya Bankına gedən uzun yol” mövzusunda seminar keçirilib. Seminarı fakültənin dekan müavini Natiq Məmmədov aparıb.

Seminarda qeyd olunub ki, dünyada ilk bank xidmətlərinin qədim Şumer və Babillərdən bəri mövcud olduğu güman olunur. Şumerlərdə e.ə. 3500-cü ildə yaradılan “Maket” ilk bank quruluşudur.

Tədbirdə tələbələrə “Bank” sözünün mənşəyi və etimologiyası, müasir bankçılıq fəaliyyətinin başlaması, ilk bankların qurulması, bankların müştərilər tərəfindən qiymətləndirilmə kriteriyaları, günümüzdə hələ də fəaliyyətini davam etdirən dünyanın ən qədim 10 bankı, bankların növləri, Dünya Bankı Qrupu haqqında faydalı məlumatlar çatdrılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.11.2017

DİGƏR XƏBƏRLƏR