XƏBƏRLƏR

Azərbaycan Universitetində Şuşa auditoriyası açılıb

Azərbaycan Universitetində Şuşa auditoriyası açılıb

04 aprel 2022

Baxış sayı: 1210

Azərbaycan Universitetində “Şuşa” auditoriyasının açılışı olub. Auditoriya 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Tədbirdə qeyd edilib ki, Şuşa həm tarixi- mədəni irsi, həm də yerləşdiyi coğrafi mövqeyi ilə Azərbaycan üçün olduqca strateji əhəmiyyətə malikdir. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycan tarixinin ən kədərli və sarsıdıcı hadisələrindən biri idi. 28 il sonra, 2020-ci il noyabrın 8-ində  üçrəngli bayrağımızın Şuşa şəhərinə sancılması 44 günlük Vətən Müharibənin gedişinə ciddi təsir göstərdi, həm hərb meydanında, həm də diplomatiya sahəsində ölkəmizin uğurlarını şərtləndirdi. 8 noyabr günü Azərbaycan tarixinə ən sevincli, ən şanlı,  ən qürurverici günlərdən biri kimi yazıldı. Hər daşı bir tarix olan Şuşanın yalın əllə işğladan azad olunması artıq tarixdə öz yerini alıb.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhəri təkcə Azərbaycana deyil, dünyaya da görkəmli şəxsiyyətlər bəxş edib. Onlar ölkəmizin və dünyanın ədəbi, mədəni, elmi və ictimai fikir tarixinə əlamətdar səhifələr yazıblar.  2022-ci ilin “Şuşa ili” adlandırılması həm də görkəmli şəxsiyyətlərimizin irsinə verilən böyük dəyərin ifadəsidir.

Tədbirdə vurğulanıb ki, Şuşa şəhəri cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Keçən həftə isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının iclasında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Şuşa dünyanın da mədəniyyət paytaxtı olmağa layiq şəhərdir.  

Qeyd edilib ki, auditoriyanın açılışı ilə il ərzində Azərbaycan Universitetində keçiriləcək və Şuşanın mədəniyyətinə, tarixinə, görkəmli şəxsiyyətlərinə, strateji əhəmiyyətinə, hazırda orada aparılan bərpa və yenidənqurma işlərinə, turizm potensialına həsr olunanacaq tədbirlərin başlanğıcı qoyulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi
04.04.2022

DİGƏR XƏBƏRLƏR