XƏBƏRLƏR

Azərbaycan Universitetində Luiza Mey Alkotun hekayəsi səhnələşdirilib

Azərbaycan Universitetində Luiza Mey Alkotun hekayəsi səhnələşdirilib

26 dekabr 2017

Baxış sayı: 5450

Bu gün Azərbaycan Universitetində Luiza Mey Alkotun "Tillinin Milad bayramı”  (Tilly's Christmas by Louisa May Allcott) hekayəsi səhnələşdirilib. İngilis dilində təqdim olunan tamaşanı universitetin Humanitar fənlər fakültəsinin Tərcümə (İngilis dili) ixtisası üzrə təhsil alan tələbələri canlandırıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan tamaşaya tələbələr Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova və kafedranın müəllimi Fəzilə Zakirovanın rəhbərliyində hazırlaşıblar. 

Hekayənin qəhrəmanı Tilly yolda tapdığı yaralı quşu evinə aparır və sağaldır. Elə həmin gecə Tilly bayram arzusu tutur və yatır. Səhər oyananda isə bütün arzularının gerçəkləşdiyini görür.

Tamaşanı Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da izləyib. Rektor əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Səadət Əliyeva qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan Universitetinə yeni il ab-havası gətirib: “Mən fürsətdən istifadə edərək Azərbaycan Universitetinin kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, süfrələrə bərəkət, ölkəmizə əmin-amanlıq və qələbə arzulayıam”.

Tamaşada iştirak ediblər: 

  • Nigar Rəhimova – Tilly (Tərcümə, II kurs)
  • Nərgiz Ağayeva – Kate (Tərcümə, III kurs)
  • Mehriban Rüstəmova – Bessy (Tərcümə, IV kurs)
  • Vəfa Axundova - Tilly's mother (Tərcümə, IV kurs)
  • Nurlan Vəlizadə - Mr. Kinq (Tərcümə, I kurs)
  • İslam Şirəliyev – Driver (Tərcümə, I kurs)
  • Sitarə İsmayılova – Müəllif (Tərcümə, IV kurs)
  • Səbinə Məmişova – DJ (Tərcümə, IV kurs)
  • Elnurə Vəkilova – Cup Song (Tərcümə, III kurs)
  • Yusif Yusifzadə - Cup Song  və gitara (Tərcümə, IV kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi
26.12.2017


DİGƏR XƏBƏRLƏR