XƏBƏRLƏR

Bu gün Azərbaycan Universitetində üçgünlük beynəlxalq tədbir işə başlayır

Bu gün Azərbaycan Universitetində üçgünlük beynəlxalq tədbir işə başlayır

25 aprel 2019

Baxış sayı: 3341

Bu gün Azərbaycan Universitetində 3 günlük beynəlxalq konqres işə başlayır. Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbir Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçirilir.

Universitet rəhbərliyi və beynəlxalq heyətin səhər saatlarında Fəxri Xiyabanı ziyarəti nəzərdə tutulur.

Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Açılış mərasimi saat 10.00-da Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın salamlama nitqi ilə başlayacaq.

Tədbirin açılış mərasimində millət vəkilləri, konqresin həmtəşkilatçıları Kocaeli və WSB universitetlərinin nümayəndələri, elmi-tədqiqat institutlarının nümayəndələrinin çıxışları planlaşdırılır.

Konqresin plenar iclasında dəvətli  məruzəçilər akademik Ziyad Səmədzadə,  Almaniyanın  Oldenburg Universitetinin professoru Hans - Michael Trautwein, İspaniyanın  Extremadura Universitetinin professoru Rui Alexandre Castanho, İtaliyanın Roma Tre Universitetinin professoru Roberto Ciccone, Polşanın Meterologiya və Su Təsərrüfatı İnstitutunun professoru Tomasz Kasprowiczin məruzələri dinləniləcək.

Fasilənin ardından tədbir işini bölmə iclaslarında davam etdirəcək.

3 gün davam edəcək konqresin bölmələrində 13 ölkəni təmsil edən müəlliflərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş 100-ə yaxın məruzəsinin dinlənilməsi nəzərdə tutulur.

Tədbirin işinə uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.04.2019

DİGƏR XƏBƏRLƏR