XƏBƏRLƏR
Azərbaycan Universitetində “Ulu Öndər” sənədli filmi nümayiş olunub
Azərbaycan Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu Öndər” sənədli filmi və eyni adlı mahnı nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Yusif Qasımov bildirib ki, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub. Film ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə fəaliyyətindən, gördüyü işlərdən bəhs edir.
Çıxışdan sonra tələbələr “Ulu öndər” sənədli filmini izləyiblər.
İctimaiyyətlə əlaqələr şöbəsi
29.10.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
