XƏBƏRLƏR

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Universitetində  Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

25 fevral 2021

Baxış sayı: 1821

Azərbaycan Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ekstremal vəziyyətə uyğun olaraq onlayn formatda təşkil olunan tədbirdə soyqırımı qurbanlarının xatirəsi yad olunub, Xocalıda soyqırımı törətmiş hərbi cinayətkarlarn beynəlxaıq məhkəmə qarşısına çıxacaqlarına əminlik ifadə olunub.

Elmi işlər üzrə prorektor Yusif Qasımov qeyd edib ki, Azərbaycan xalqı ənənəvəi anım mərasimlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini bu il kədər və hüzn hissləri ilə yanaşı həm də qürurla yad edir. 44 günlük Vətən Müharibəsinin qələbə ilə başa çatması sübut etdi ki, xalqımız vaxtı gələndə haqq və ədaləti bərpa etməyi də, qisasını döyüş meydanında almağı da bacarır.  

Prorektor bildirib ki, Xocalı soyqırımı tarixdə daim qalacaq. Onun yaddaşlardan silinməsinə yol verilməməlidir. Çünki, o qanlı gecədən sağ çıxan Xocalı sakinləri - soyqırımının şahidləri mənəvi və fiziki yaralarının qəlpələri ilə yaşayırlar. Keçmişi unudanlar onu yenidən yaşamaq məcburiyyətində qalacaqlar.

İctimai elmlər kafedrasının dosenti Boran Əziz çıxışında Xocalının mülki əhalisinin sadəcə azərbaycanlı olduqları üçün məqsədli şəkildə soyqırımına məruz qaldıqlarını bildirib, əsrin faciəsinin törədilməsində 366-cı alayın rolunu xüsusi qeyd edib. Boran Əziz bildirib ki, hadisələrin təhlili soyqırımının öncədən planlaşdırılmış və bir mərkəzdən idarə olunaraq həyata keçirilən kütləvi qırğın aktı və hərbi cinayət olduğunu sübut edir. Xocalı işğalçıların ilk cinayəti deyildir, bir gecədə baş verən təsadüfi hadisə sayıla bilməz. O, Meşəli, Malıbəyli, Ağdaban, Qaradağlı faciələrinin davamı və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissısidir. Sifarişçisi Rusiya, içraçısı isə erməni silahlı birləşmələridir.

İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-cu ildən bəri həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının strateji məqsədləri, kampaniya çərçivəsində görlümüş işlər və əldə olunmuş nəticələr haqqında məlumat verib.

Sonda birinci kurs tələbələri üçün Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi  
25.02.2021

DİGƏR XƏBƏRLƏR