XƏBƏRLƏR
Azərbaycan Universitetində növbəti ənənəvi şahmat turniri keçirilib
Bu gün Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII Daxili Şahmat Turniri keçirilib. Dairəvi sistem üzrə keçirilən turnirdə bütün fakültə və ixtisaslar üzrə tələbələr iştirak edib.
Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Cavid Əhmədov olub. Humanitar fənlər fakültəsinin Tərcümə ixtisası üzrə I kurs tələbəsi Yusif Qayıbov II yeri, Tarix ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ceyhun Hacıyev isə III yeri tutub.
Qaliblər kubok və diplomla mükafatlandırılıb.
Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi
6.12.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
