XƏBƏRLƏR
Azərbaycan Universitetinə yeni qəbul olan doktorant və dissertantlarla görüş keçirilib
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olan gənc alim və tədqiqatçılar ilə görüş keçirilib. Tanışlıq xarakterli görüşdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva əvvəlcə doktorantları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra doktorant və dissertantların təhsil müddətində vəzifələri və hüquqları haqqında məlumat verilib. Həmçinin tədbirdə dissertasiyaya dair tələblər, dissertasiyaların təqdim olunması və müdafiəsi, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər, universitetdə doktorant və dissertantlarlarla işin təşkili, tədqiqat işlərinin aparılmasında onlara kömək göstərilməsi kimi məlumatlar da çatdırılıb.
Sonda doktorant və dissertantları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi