XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni tədris ili başlayıb

Azərbaycan Universitetində yeni tədris ili başlayıb

15 sentyabr 2022

Baxış sayı: 8451

Bu gündən Azərbaycan Universitetində 2022/2023-cü tədris ilinə start verilib. Payız semestrinin dərsləri ənənəvi formada təşkil olunur.  

İlk dərslər “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunub. Dərslərdə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat haqqında məlumat verilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla şəhid olan 50 zabit və əsgərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Dekanlar, kafedra müdirləri, tyutorlar tərəfindən birinci kurs tələbələrinə tədris prosesi, universitetin daxili prosedur qaydaları, mühazirə və seminar dərsləri, kitabxanadan istifadə, imtahanların təşkili, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Universitetinə bu il bakalavriat səviyyəsinə 3 fakültə və 23 ixtisas, magistratura səviyyəsinə isə 9 ixtisas, 20 ixtisaslaşma üzrə qəbul aparılıb.


İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR