XƏBƏRLƏR

Azərbaycan Universitetində “Zəfər tariximiz-hünər tariximiz” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində  “Zəfər tariximiz-hünər tariximiz” mövzusunda tədbir keçirilib

25 oktyabr 2022

Baxış sayı: 4575

Azərbaycan Universitetində Qarabağ zəfərinin ikinci ildönümünə həsr olunan “Zəfər tariximiz-hünər tariximiz” mövzusunda tədbir keçirilib. Azadlıq Hərakatçıları İctimai Birliyi ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzov açaraq Qarabağ zəfərinin yaratdığı yeni reallıqlar haqqında tələbələrə məlumat verib.  İctimai elmlər kaderasının müdiri, professor Qabil Əliyevin çıxışı ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyi hərbi, diplomatik və informasiya məkanındakı uğurlarına həsr olunub.  Kafedra müdiri bildirib ki, Azərbaycan  təkcə döyüş meydanında yox, informasiya  müharibəsində də düşmənə qalib gəlib. 

Tədbirdə şəhid Ağacan Mütəllimzadənin anası Nailə Mütəllimzadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri və Qarabağ qazisi Firidun Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədr müavini Namiq Həşimov da çıxış edərək, tarixi qələbənin xalqımızın birliyi, əsgərimizin igidliyi ilə birlikdə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını vurğulayıblar. Çıxışlarda Azərbaycan xalqının şəhidlərinin xatirəsini hər zaman uca tutduğunu və gələcək nəsillərin onları minnətdarlıq hissi ilə yad edəcəyini bildiriblər.  

Tədbirdə  44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx da nümayiş olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR