XƏBƏRLƏR

Azərbaycan Universitetinin 207 tələbəsi Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnində iştirak edib

Azərbaycan Universitetinin 207 tələbəsi Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnində iştirak edib

02 avqust 2022

Baxış sayı: 1160

Azərbaycan Universitetinin Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnində iştirak edən 207 tələbəsi, fənnin Azərbaycan Universiteti üzrə koordinatoru Tünzalə Verdiyeva və elmi işlər üzrə prorektor Yusif Qasımova “Türk Dünyası Xidmət Sertifikatı” (Türk Dünyası Hizmet Belgesi) təqdim olunub. Sənədi Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnini 2021/2022-ci tədris ilinin yaz semestrində məsafədən tədris edən Türkiyənin Amasya Universiteti rektoru, professor Süleyman Elmacı imzalayıb.  

Fənnin tədrisi “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” (TUDVA) layihəsi çərçivəsində aparılır. Qırğızıstan -  Türkiyə “Manas” Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilən layihə çərçivəsində tərəfdaş universitetlərdə “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənni artıq iki semestrdir ki, seçmə fənn qismində tədris olunur. Layihəyə 2021/2022-ci tədris ilinin payız semestrində Qırğızıstan - Türkiyə “Manas” Universiteti, yaz semestrində isə Amasya Universiteti ev sahibliyi edib.

Azərbaycan Universiteti “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsinə 2021-ci ildə qoşulub.  Universitetin payız semestrində 30, yaz semestrində isə 207 tələbəsi “Zoom” platforması üzərindən təşkil olunun dərslərə qoşulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.08.2022

DİGƏR XƏBƏRLƏR