XƏBƏRLƏR

Azərbaycan Universitetinin 30 illiyinə həsr olumuş tədbir keçirilib

Azərbaycan Universitetinin 30 illiyinə həsr olumuş tədbir keçirilib

18 mart 2022

Baxış sayı: 1722

Azərbaycan Universitetinin 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə universitetin keçdiyi inkişaf yoluna nəzər salan film nümayiş olunub, ali məktəbin bir qrup əməkdaşı təltif edilib.   

Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açaraq 2009-cu ildə əmək fəaliyyətinə başladığı, 2017-ci ildən isə rəhbərlik etdiyi Azərbaycan Universitetinin 30 yaşını Qarabağ Zəfərinin birinci ildönümü və ölkəmizin dövlətçilik ənənələrinin və müstəqilliyinin bərpasının 30-cü ildönümü ilə eyni dövrdə böyük qürur və fəxarət hissi ilə qeyd etdiyini bildirib, öz biliyini, istedadını və əməyini Azərbaycan Universitetinin yaranmasına və inkişafına sərf edən hər kəsə təşəkkür edib.

Rektorun çıxışının ardından tədbir iştirakçıları üçün Azərbaycan Universitetinin 30 illik yubileyi münasibətilə hazırlanmış sənədli film nümayiş olunub. Filmdə rektor  Səadət Əliyeva son 5 il ərzində görülən işlərə və universitetin əldə etdiyi uğurlara nəzər salır, növbəti dövr üçün  qarşıya qoyulmuş məqsəd və hədəflərdən bəhs edir. Sənədli filmdə həmçinin ali məktəbə müxtəlif illərdə rəhbərlik etmiş rektorlar prof. Səlahəddin Xəlilov, prof. Akif Musayev, prof. Fərahim Sadıqov, dos. Eldar Qəhrəmanovun xatirələri və təbrik mesajları universitet rəhbərliyinin və heyətin nəzərinə çatdırılır, universitet tarixindən faktlar və fotosənədlər təqdim olunur.

Film nümayişinin ardından Azərbaycan Universitetinə uzun illər xidmət etmiş bir qrup müəllim və inzibati heyət üzvü rektorun fəxri fərman və təşəkkürnaməsi ilə təltif olunublar.

Günün sonunda isə universitet əməkdaşları üçün Novruz Bayramı süfrəsi açılıb.

Qeyd edək ki, ölkəmizdə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universitetinin fəaliyyətə başlamasının 30 ili tamam olub. Universitetin 30 illik yubileyi pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlərlə qeyd olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi 
18.03.2022


DİGƏR XƏBƏRLƏR