XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrini Almaniyada oxuyacaq

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrini Almaniyada oxuyacaq

16 yanvar 2017

Baxış sayı: 4693

Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin daha 2 tələbəsi 2016/2017-ci tədris ilinin yaz semestini Almaniyanın Koblenz Universitetində oxuyacaq. Seymur Qaramollayev (Marketinq, BBA, III kurs) və Novruz Muradov (Maliyyə, MBA) “Erasmus+” mübadilə proqramı ilə bu ölkəyə gedəcəklər.

Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda yol xərcləri (500 avro) qarşılanacaq. Tələbələrin Koblenz Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universiteti tərəfindən müvafiq qaydada tanınacaq.

Xaricdə təqaüdlü təhsil imkanları ilə tanış olmaq istəyən bütün tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə müraciə edə bilər. Şöbə, I tədris binası, IV mərtəbədədir.
Tel: (+99412) 431 50 36 (birbaşa)
(+99412) 431 41 12/13/16/17 (131)
E-poçt: international.office@au.edu.az

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
16.09.2016

DİGƏR XƏBƏRLƏR