XƏBƏRLƏR

Dissertantımız fəlsəfə doktoru elmi dərəcəsi alıb

Dissertantımız fəlsəfə doktoru elmi dərəcəsi alıb

18 sentyabr 2019

Baxış sayı: 3964

Azərbaycan Universitetinin dissertantı Aqil Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Aqil Kərimov “Bank sektorunun davamlı inkişafının təmin olunmasında risk menecmentinin rolu” mövzusunda dissertasiya işini müdafiə edib.

Aqil Qədir oğlu Kərimov Bakı şəhərində anadan olub. 2010-cu ildə Türkiyənin İstanbul Universitetindən Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi, 2014-cü ildə isə Almaniyanın Rhine-Waal Tətbiqi Elmlər Universitetindən Maıiyyə ixtisası üzrə magistr dərəcəsi alıb. 2014-2018-ci illərdə Azərbaycan Universitetinin dissertantı olub.

Hazırda Paşa Bankda Kiçik və orta sahibkarlıq departamentində şöbə müdüridir. 

İctimaiyyətlə əlaqələr şöbəsi
18.09.2019

DİGƏR XƏBƏRLƏR