XƏBƏRLƏR

Azərbaycan Universitetinin nümayəndə heyəti PETRA layihəsi çərçivəsində Macarıstanda olub

Azərbaycan Universitetinin nümayəndə heyəti PETRA layihəsi çərçivəsində Macarıstanda olub

30 oktyabr 2017

Baxış sayı: 5578

Azərbaycan Universiteti rektorunun məsləhətçisi Əli Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva və Monitoring və qiymətləndirmə üzrə mütəxəsis Elçin Cəfərov  “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində Macarıstanın Debrecen Universitetində səfərdə olub.

Layəhənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Nümayəndə heyətimiz proqram çərçivəsində plenar iclas, elmi konfrans və müzakirələrdə iştirak edib, universitetin tədris binaları və laboratoriyaları ilə tanış olub.

Əməkdaşlarımız burada Sosial iş departamentinin rəhbəri ilə də görüşüb. Görüşdə universitetlər arasında qarşılıqlı əmıkdaşlıq perspektivləri müzakirə edilib və “Erasmus+” proqramı çərçivısində iki tərəfli əməkdaşlıq üçün razılıq əldə olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə 8 Azərbaycan  Universiteti – Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti iştirak edir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetidir. Layihənin Avropdan olan tərəfdaşları isə Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Qazi universitetləridir.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2017


DİGƏR XƏBƏRLƏR