XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları Xorvatiya universitetində ezamiyyətdə olub

Azərbaycan Universitetinin əməkdaşları  Xorvatiya universitetində ezamiyyətdə olub

06 mart 2019

Baxış sayı: 3267

Azərbaycan Universitetinin müəllimləri Xədicə Ələkbərova və Ləman Qasımlı beynəlxalq “Erasmus+” mübadilə proqramı çərçivəsində Xorvatiyanın Dubrovnik Universitetində ezamiyyətdə olub. İki həftə davam edən səfər çərçivəsində əməkdaşlarımız tədris prosesində iştirak edib, təcrübə keçiblər.

Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Xədicə Ələkbərova bu ali təhsil müəssisəsində Erasmus tələbələri üçün “Təşkilati davranış” fənni üzrə mühazirələr aparıb. Mühazirələr “Təşkilati davranışda yanlış qavrama və qavramaya təsir edən amillər, “MBTI indiqatoru əsasında şəxsiyyət tiplərinin müəyyən edilməsi”,  “Beş Böyük Şəxsiyyət Modellərində başlıca xüsusiyyətlər”, “Qrup və işçi komanda”, “Qrup halında qərar qəbul etmə” mövzularını əhatə edib.

Xarici dillər kafedrasının müəllimi Ləman Qasımlı isə Dubrovnik Universitetinin Karyera mərkəzi, Dil mərkəzi və Elmi kitabxanasında təcrübə keçib.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.03.2019


DİGƏR XƏBƏRLƏR