XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan Universitetinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

15 sentyabr 2022

Baxış sayı: 6479

Azərbaycan Universitetinin əməkdaşları Türkiyənin İzmir şəhərində keçirilən  beynəlxalq “Artemis” sosial, sağlamlıq və idman elmləri konqresində məruzə ilə iştiriak ediblər. Sentyabrın 10-dan 12-dək hibrid formatda təşkil olunan tədbirdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müdiri Nüşabə Quliyeva “Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə strateji əməkdaşlığı” mövzusunda çıxış edib. İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin məruzəsi “Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri”, kafedranın müəllimi  Rəna Əsədovanın məruzəsi isə “Birinci Dünya Müharibəsi dövründə Gəncə quberniyasinda etno-demoqrafik dəyişikliklər” mövzusuna həsr olunub.  

Qeyd edək ki, beynəlxalq tədbirdə Türkiyə, İspaniya, Azərbaycan və  Şimali Makedoniya daxil olmaqla 20 fərqli ölkədən nümayəndə iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR