XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimi Xorvatiyanın Dubrovnik Universitetində mühazirə oxuyub

Azərbaycan Universitetinin müəllimi Xorvatiyanın Dubrovnik Universitetində mühazirə oxuyub

28 may 2018

Baxış sayı: 3663

Azərbaycan Universitetinin müəllimi Elvin Hacıyev “Erasmus+”  mübadilə proqramı çərçivəsində Xorvatiyanının Dubrovnik Universitetində səfərdə olub.  

Dubrovnik Universitetinin tədris proqramına uyğun olaraq Universitetinin müəllimi Meri Suman Tolic ilə Azərbaycan Universitetinin müəllimi Elvin Hacıyev tələbələrə “Public Sector Auditing” modulu üzrə “Dövlət sektorunun auditi”, “Səmərəlilik auditi” “Audit fəaliyyətinin əsasları”, “Daxili və kənar audit” və “Daxili nəzarət sisteminin qiymətləndirilməsi” mövzuları üzrə mühazirə oxuyublar. Dərslərdə nəzəri müddəalarla yanaşı praktik nümunələr, o cümlədən Azərbaycan Respublikasında dövlət sektorunun auditi sahəsində əldə olunmuş nailiyyətlər barədə tələbələrə məlumat verilib.

Bununla yanaşı, tədrisin təkmilləşdirilməsi və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə Dubrovnik Universitetinin Beynəlxalq əlaqələr və layihələrin araşdırılması idarəsinin müdiri Sandra Memunik və İqtisadiyyat və biznesin iqtisadiyyatı kafedrasının müdiri Katiya Voyvodic ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. Görüşdə universitetlər arasında əməkdaşlığın davam etdirilməsinin və müəllim-tələbə mübadiləsinin hər iki Universitet üçün əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Dubrovnik Universitenin nümayəndələri Sandra Memunik, Katiya Voyvodic və Meri Suman Tolicin “Erasmus+Staff Exchange” Proqramı çərçivəsində Azərbaycan Universitetinə səfəri planlaşdırılır.  

İctimaiyyətlə əlaqələr şöbəsi
29.05.2018

DİGƏR XƏBƏRLƏR