XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəlliminin məqaləsi Rusiya nəşrində

Azərbaycan Universitetinin müəlliminin məqaləsi Rusiya nəşrində

29 mart 2018

Baxış sayı: 4177

Bu günlərdə  M. Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş "İnnovativ iqtisadiyyat və idarəetmə: Metodlar və texnologiyalar"  mövzusunda II Beynəlxalq elmi-praktik konfransın materialları çapdan çıxıb. Topluya Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının müdiri, dosent Nəriman Böyükkişinin konfransın plenar iclasında dinlənilmiş “Texnoparklar Azərbaycan iqtisadiyyatının innovativ inkişaf alətidir” mövzusunda məruzəsi də daxil edilib.

Məruzədə müasir dövrdə Azərbaycan Respublikası iqtisadiyyatının innovativ inkişafının aktual məsələləri geniş işıqlandırılıb, texnoparkların iqtisadi inkişafda rolu, yaradılması perspektivləri və fəaliyyətinin təkmilləşdirilməsi məsələləri öz əksini tapıb. Müəllif qeyd edir ki, innovasiya proseslərinin sürətləndirilməsi və səmərəli idarəedilməsi mexanizmində ölkə müəssisələrinin  innovasiya yönümlü fəaliyyətinin stimullaşdırılması və dövlət dəstəyi mühüm rol oynayır. Bu məqsədlə prioritet innovasiya sferalarında kadr hazırlığı, maliyyə, hüquqi dəstəyin gücləndirilməsi, texnoparkların fəaliyyətinin stimullaşdırılması zəruridir.

Məruzədə qeyd olunmuş məsələlər - Azərbaycan Respublikasında innovativ iqtisadiyyatın formalaşması istiqamətində əldə edilən uğurlar, texnoparkların yaradılması və fəaliyyəti üzrə mövcud təcrübə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Müəllimimizə konfransın iştirak sertifikatı da təqdim olunub.   

İctimaiyyətlə əlaqələr şöbəsi
29.03.2018


DİGƏR XƏBƏRLƏR