XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Universitetinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə iştirak edib

04 iyul 2019

Baxış sayı: 3678

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının baş müəllimi Ruhəngiz Əliyeva və kafedranın müəllimi Elmin Nurməmmədov Türkiyənin İstanbul şəhərində keçirilən V Beynəlxalq “Təhsil və sosial elmlər konqresi”ndə (TÜRKCESS 2019) məqalə ilə iştirak ediblər. Konqresə Yıldız Teknik Universiteti evsahibliyi edib.  

Baş müəllim Ruhəngiz Əliyevanın “Azərbaycanda məşğulluğun təmin olunmasında əmək bazarının rolu” adlı məqaləsində məşğulluğun müasir vəziyyəti təhlil edilib və əmək bazarına təsir imkanları araşdırılıb. Kafedranin müəllimi Elmin Nuurməmmədovun “Elektron dövlətin iqtisadi və sosial təsirləri: Azərbaycan nümunəsində” adlı məqaləsi isə e-xidmətlərin tətbiqi ilə dövlət xidmətlərinin stimullaşdırılmasına, Azərbaycanda elektron xidmətlərin tətbiqinin müasir vəziyyətinin təhlilinə və e-xidmətlərin tətbiqi ilə iqtisadi və sosial effektivliyin qiymətləndirilməsinə həsr olunub.

Qeyd edək ki, əsas mövzusu “XXI əsr bacarıqları və 2023 təhsil vizyonu” olan beynəlxalq tədbirdə 25 ölkədən 900-ə yaxın alim və tədqiqatçı iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.07.2019

DİGƏR XƏBƏRLƏR