XƏBƏRLƏR

Azərbaycan Universitetinin professoru Qabil Əliyevin yeni kitabı çapdan çıxıb

Azərbaycan Universitetinin professoru Qabil Əliyevin yeni kitabı çapdan çıxıb

11 aprel 2019

Baxış sayı: 3817

Azərbaycan Universiteti İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Qafqazda nəqliyyatın inkişafı” adlı yeni kitabı çapdan çıxıb. Kitabda XVIII əsrin sonu-XIX əsrin başlanğıcında regionun Rusiya imperiyası tərəfindən işğal olunması ərəfəsində və sonrakı yüzillikdə ənənəvi karvan yollarının vəziyyəti, Xəzər və Qara dəniz sahillərinə, Qafqazın inzibati mərkəzinə çevrilən Tiflisə və Rusiyanın Avropa hissəsinə doğru yolların əhəmiyyətinin artmağa başlaması, Kür çayında və Xəzər dənizində gəmiçiliyi inkişaf etdirmək tədbirləri araşdırılıb.

Müəllif kitabda imperiya miqyasında ilk dəmir yollarının çəkilməsi və Qafqazda dəmir yolları inşası haqqında layihələr və onların reallaşdırılması sahəsində tədbirlərdən geniş şəkildə bəhs edib, əsərdə XIX əsrin sonu-XX əsrin ilk onilliklərində dəmir yolu nəqliyyatının və şoseləşdirilmiş yolların iqtisadi, sosial və mədəni həyata təsiri məsələləri tədqiq edilib.

400 səhifədən ibarət olan kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri professor Camal Mustafayev, tarix üzrə elmlər doktoru İradə Bağırova və tarix üzrə elmlər doktoru Sevinc Əliyevadır.  

İctimaiyyətlə əlaqələr şöbəsi
11.04.2019


DİGƏR XƏBƏRLƏR