XƏBƏRLƏR

Prorektor Yusif Qasımov “Entropy” jurnalının xüsusi buraxılışının həm-baş redaktoru təyin olunub

Prorektor Yusif Qasımov “Entropy” jurnalının xüsusi buraxılışının  həm-baş redaktoru təyin olunub

03 iyun 2020

Baxış sayı: 3208

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru, professor Yusif Qasımov “Entropy” jurnalının “Entropy and Its Applications across Disciplines” adlı xüsusi buraxılışının həm-baş redaktoru təyin olunub.

“Entropy” jurnalı dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından olan MDPI nəşriyyatı tərəfindən dərc edilir. Nəşriyyat müxtəlif elm sahələri üzrə 250-dən artıq elmi jurnal dərc edir. Böyük əksəriyyəti “Clarivate Analytics” agentliyinin “Web of Science” bazasına daxil bu jurnallardan 50-dən çoxunun yüksək impakt faktoru vardır. İmpakt faktoru  2.419 olan “Entropy” jurnalı öz profilində dünyanın ən nüfuzlu nəşrlərindən biri sayılır.

Tanınmış elmi jurnalların müəyyən elmi istiqamətlərdə xüsusi buraxılışlarının dərc edilməsində məqsəd adətən bu istiqamətlərdə dünyanın ən məhşur alimlərinin son elmi nəticələrini bir toplu halında çap etməkdir. Belə buraxılışların baş redaktorları kimi isə tanınmış alimlər dəvət olunurlar.

Xüsusi buraxılış haqqında məlumatları bu linkdən almaq olar

https://www.mdpi.com/journal/entropy/special_issues/Entropy_Appl

İctimaiyyətlə əlaqələr şöbəsi
03.06.2020

DİGƏR XƏBƏRLƏR