XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Azercell”in təqaüdünü alacaq

Azərbaycan Universitetinin tələbələri “Azercell”in təqaüdünü alacaq

12 fevral 2021

Baxış sayı: 2363

Azərbaycan Universitetinin Vətən müharibəsində iştirak edən tələbələri – Toğrul Kərimov (Kompüter mühəndisliyi, I kurs)  və Cavid Vəliyev (İnformasiya texnologiyaları, I kurs) “Azercell Telekom”un “Tələbə Təqaüdü” proqramı çərçivəsində təqaüd alacaq. Tələbələrə təhsil müddətinin sonunadək hər ay üçün 200 manat məbləğində təqaüd veriləcək.

10 ildən artıq müddətdir ki, “Azercell Telekom” tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində bir çox sahələr, həmçinin informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu il isə əvvəlki illərdən fərqli olaraq, 44 gün davam etmiş Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin dəstəklənməsi qərara alınıb.

Təqaüd Proqramına Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının informasiya texnologiyaları və şəbəkə yönümlü ixtisaslar üzrə təhsil alan 23 tələbəsi seçilib. Təqaüdçülər sırasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.02.2021

DİGƏR XƏBƏRLƏR