XƏBƏRLƏR

Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib

Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib

19 oktyabr 2018

Baxış sayı: 3917

Azərbaycan Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

2014-cü ildən başlayaraq hər il təşkil olunan bilik yarışında bu il 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Azərbaycan Universitetinin komandası 22 xal toplayaraq ilk 10-luqda yer alıb.

Komandanın üzvləri

  • Pənah Piralıyev, Tarix, III kurs (kapitan)
  • Ruslan Ağakişiyev, Tarix, III kurs
  • Zümrüd Kazımlı, Tarix, III kurs
  • Tünzalə Kazımova, Tarix, III kurs
  • Hüriyyə Səlimova, Tərcümə (İngilis dili), III kurs  
  • Nigar Rəhimova, Tərcümə (İngilis dili), III kurs  
  • Fəranə Mikayılova, Filologiya, III kurs
  • Ülvi Osmanov, Tarix, I kurs

İctimaiyyətlə əlaqələr şöbəsi
19.10.2018


DİGƏR XƏBƏRLƏR