XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbəsi Azərbaycanın ilk 3D oyun müsabiqəsində II yerə layiq görülüb

Azərbaycan Universitetinin tələbəsi Azərbaycanın ilk 3D oyun müsabiqəsində II yerə layiq görülüb

12 yanvar 2018

Baxış sayı: 5421

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Sərxan Abbaszadənin  rəhbərlik etdiyi “LC Game studio” komandası  “Game Jam” müsabiqəsində II yerə layiq görülüb. Komandanın üzvləri Sərxan Abbaszadə (AU), Əkrami Qasımzadə (BDU), Sənan Beybudov (ADNSU) müsabiqədə yaratdıqları “Mirror Man” adlı mobil oyun (APK) ilə yarışıblar.

Müsabiqənin final mərhələsi və qalib komandaların mükafatlandırılması mərasimi bu gün keçirilib. İlk 3 yeri tutan komandalar pul mükafatı, qiymətli hədiyyələr və müvafiq sertifikatlarla təltif olunublar. 

Müsabiqədə iştirak etmək üçün 53 komanda qeydiyyatdan keçib. Onlarda 42-si təlimlərdə iştirak etmək hüququ qazanıb,  7 komanda isə final mərhələsində mübarizə aparıb.

3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edən “Game Jam” müsabiqəsində ilk olaraq iştirakçılar üçün xüsusi təlimlər keçirilib. Təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlimlərdən sonra iştirakçılar tərəfindən oyunlar yazılıb və 7 yanvar tarixində onlar münsiflər heyətinə nümayiş olunub. Finala vəsiqə qazanan komandalar məhz münsif səsverməsi ilə müəyyənləşdirilib.

Qeyd edək ki, “Hackathon” – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

"Hackaton Azerbaijan" layihəsi çərçivəsində reallaşdırılan "Game Jam" müsabiqəsinin keçirilməsində məqsəd də bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır. Müsabiqə "IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
12.01.2018

DİGƏR XƏBƏRLƏR