XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı əldə edib

Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı əldə edib

20 sentyabr 2022

Baxış sayı: 7220

Azərbaycan Universitetinin 10 tələbəsi, 2 məzunu və digər universitetlərdən 3 tələbə PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək B1 (level 2) və B2 (level 3) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüblər. Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya,  B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-ə bərabərdir. 

Sertifikat imtahanı danışıq (speaking) və yazı (writing) hissələri olmaqla  2 mərhələdən ibarət olub.  Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanıb. 

 Biznes və iqtisadiyyat fakültəsinin tələbələri

  •  Aşurzadə Leyla (Biznesin idarə edilməsi, IV kurs),
  •  Məmmədova Kamilla (Biznesin idarə edilməsi,  IV kurs),
  •  Rüstəmova Lətifə (Biznesin idarə edilməsi, IV kurs),
  •  Əkbərova Rəhilə (Biznesin idarə edilməsi, IV kurs),
  •  Şərifova Nərmin (Mühasibat uçotu və audit (ingilis dilində) IV kurs).
  •  Humanitar fənlər fakültəsinin tələbələri:
  •  Quluzadə Tamilla (Tərcümə, IV kurs),
  •  Manafova Nailə (Tərcümə, IV kurs),
  •  Əlizadə Mələk (Tərcümə, III kurs),
  •  Bədriyyə Aksu (Tərcümə, III kurs),
  •  Babayeva Nigar (Filologiya (ingilis dili və ədəbiyyatı, IV kurs), 

Məzunlarımızdan isə Mövsümov Sərxan (Kompüter mühəndisliyi, 2022) və Jalə Salmanzadə (Dünya iqtisadiyyatı, ingilis dilində, 2022) qeyd olunan sertifkata layiq görülüblər. İmtahan iştirakçıları ilə müqayisədə yüksək nəticə göstərən Mövsümov Sərxan, Aşurzadə Leyla, Məmmədova Kamilla, Manafova Nailə daha üstün sertifikatla (Pass with merit) təltif olunublar. 

Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universiteti öz tələbələrinə və digər şəxslərə bu sertifikatları əldə etmək üçün geniş imkanlar yaradır. PTE (Pearson Test of English)  IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.  Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.

Qeyd edək ki, Azərbaycan Universiteti  PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var. Bu səbəbdən biz həm öz tələbə və məzunlarımızı, həm də beynəlxalq dil sertifikatları əldə etmək istəyən bütün şəxsləri aramızda görməkdən məmnunluq duyarıq. 

İctimaiyyətlə əlaqələr şöbəsi





DİGƏR XƏBƏRLƏR