XƏBƏRLƏR

Azərbaycan Universitetində 2023-cü ildə 3 elmi konfrans keçiriləcək

Azərbaycan Universitetində 2023-cü ildə 3 elmi konfrans keçiriləcək

18 yanvar 2023

Baxış sayı: 10409

Azərbaycan Universitetində 2023-cü ildə 2-si beynəlxalq, 1-i isə respublika miqyaslı olmaqla 3 elmi konfransın keçirilməsi nəzərdə tutulur.

10 mart 2023-cü ildə keçiriləcək Gənc tədqiqatçıların VI elmi konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır. Gənc alim və tədqiqatçılar iqtisadiyyat, humanitar, sosial elmlər və ikt sahələri üzrə tezislərini  10 fevral 2023-cü il tarixinədək genc.tedqiqatci@au.edu.az ünvanına göndərə bilərlər. 

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/genc_tedqiqatcilarin_altinci_respublika_elmi_konfransi

“Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransının 12 may 2023-cü il tarixində keçirilməsi planlaşdırılır. Konfrans, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ümumtürk birliyi, azərbaycançılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərinin, Azərbaycan Respublikasının Türkiyə və Mərkəzi Asiyanın Türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətinin araşdırılması məsələlərinə həsr edilir. Konfransda həmçinin Heydər Əliyev şəxsiyyətinin Türk dünyası ədəbiyyatında, mədəniyyət və incəsənət abidələrində bədii obrazı ilə bağlı məruzələrin dinlənilməsi nəzərdə tutulub. Konfransa tezislərin son təqdim edilmə tarixi  12 Aprel 2023-cü ildir.

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/heyder_eliyev_ve_turk_dunyasi_elmi_konfransi

“International Conference on Social Work & Social Research” beynəlxalq konfransı isə Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) və Sakarya Universiteti (Türkiyə) ilə birlikdə təşkil edilir. 24-25 noyabr 2023-cü il tarixlərində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir. Tezislərin göndərilməsi üçün son tarix 20 oktyabr 2023-cü ildir. 

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/social-work-and-social-research

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR