XƏBƏRLƏR

Azərbaycan Universiteti “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda təmsil olunub

Azərbaycan Universiteti  “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda təmsil olunub

27 dekabr 2023

Baxış sayı: 595

Azərbaycan Universiteti “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda təmsil olunub. Tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin mütəxəssisi Sevlan Qurbanova və universitetin əcnəbi tələbələri Cherif Lahgazi, Abdul Malik Aljaefari, Marina Nasibova, Ruhin Valiyev iştirak edib. 

Forumda təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətində ölkədə görülən işlər, Azərbaycanda təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

Forumda Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva, ali təhsil müəssisələrinin rektorları, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR