XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə Pakistanın Grand Asiya Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Universiteti ilə Pakistanın Grand Asiya Universiteti arasında memorandum imzalanıb

22 dekabr 2023

Baxış sayı: 468

Pakistanın Grand Asiya Universitetinin Rəhbərlər Şurasının üzvü Cehanzaib İslam Azərbaycan Universitetinə səfər edib. Ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova təmsil ediblər.

Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom, beynəlxalq layihələr və tələbə mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda müəllim və tələbə mübadiləsi, birgə tədqiqat layihələrinin və elmi əsərlərin çapı, birgə elmi tədbirlərin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR