XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Universiteti ilə  Sent-Luis Vaşinqton Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

15 noyabr 2022

Baxış sayı: 6692

Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında Zoom platforması üzərindən əməkdaşlıq görüşü keçirilib. Görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva və kafedranın müəllimi Aygün Muradlı, Sent-Luis Vaşinqton Universitetini isə bu ali məktəbin müəllimi və Azərbaycan Sosial İş İctimai Birliyinin həmtəsisçisi Aytəkin Hüseynli, birliyin idarə heyətinin üzvü Amalya Sezgin, icraçı direktoru Sənan Ağayev və icraçı direktorunun müavini Tural Mirzəyev təmsil edib. Əməkdaşlıq görüşündə Bakı Dövət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev də iştirak edib.

Görüşdə universitetlər arasında Sosial iş ixtisası üzrə kurikulumların beynəlxalq standartlara uyğun olaraq yenidən işlənməsi, Sosial iş təhsili verən universitetlərlə əlaqələrin gücləndirilməsi, birgə sosial və elmi əməkdaşlığın qurulması ilə bağlı ABŞ-nın Dövlət departamentinin elan etdiyi qrant layihəsində birgə iştirak imkanları müzakirə edilib.  Həmçinin Azərbaycanda Sosial iş üzrə kadr hazırlığı aparan ali məktəblərin birgə əməkdaşlığa təşviq edilməsi barədə müzakirələr aparılıb. Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov təmsil etdiyi universitetin bu sahədə həyata keçirdiyi tədbirlər, o cümlədən təşkil olunan elmi konfranslar və seminarlar haqqında məlumat verib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR