XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında onlayn görüş olub

Azərbaycan Universiteti ilə  Tbilisi Dövlət Universiteti arasında onlayn görüş olub

14 noyabr 2023

Baxış sayı: 294

Azərbaycan Universiteti ilə Gürcüstanın Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Onlayn görüşdə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsi və Təlim və tədris mərkəzinin rəhbəri Elmira İsmayılova, Tbilisi Dövlət Universitetini isə dekan Giorgi Gaganidze təmsil edib.

Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom, beynəlxalq layihələr və tələbə mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR