XƏBƏRLƏR

Azərbaycan Universiteti Korreksiyaedici təlim ixtisası üzrə qəbul aparacaq

Azərbaycan Universiteti Korreksiyaedici təlim ixtisası üzrə qəbul aparacaq

14 iyul 2023

Baxış sayı: 843

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrlə, o cümlədən əlilliyi müəyyən edilmiş şəxslərlə iş, təhsil və reabilitasiya sahəsində xüsusi yanaşma tələb edən sahələrdəndir. “Korreksiyaedici təlim” ixtisası III ixtisas qrupunda yer alır və məhz bu sahə üzrə mütəxəssislər hazırlayır.

İş dünyasının müasir çağırışlara cavab verən mütəxəssislərə olan tələbatının təmin olunması istiqamətində hər il müvafiq addımlar atan Azərbaycan Universiteti bu il bakalavriat səviyyəsində ilk dəfə olaraq “Korreksiyaedici təlim” ixtisası üzrə qəbul aparacaq. “Sosial işin təşkili” kafedrası tərəfindən tədris olunan ixtisas üzrə qəbul planında 20 yer ayrılıb. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət sifarişi ilə və ödənişli əsaslarla aparılır. Ödənişli əsaslarla qəbul olanlar üçün illik təhsil haqqı 2500 manatdır.

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavriat pilləsinə qəbul planı, qəbul şərtləri, tələbə dəstək layihələri, keçid balları, imtiyazlı tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

https://au.edu.az/az/admission/bakalavriata-gebul

  İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR