XƏBƏRLƏR

Azərbaycan Universiteti “Liv Bona Dea Hospital”ın tədbirində təmsil olunub

Azərbaycan Universiteti “Liv Bona Dea Hospital”ın tədbirində təmsil olunub

05 dekabr 2022

Baxış sayı: 5266

Azərbaycan Universiteti “3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” münasibətilə “Liv Bona Dea Hospital”ın təşkilatçılığı ilə keçirilən “Sevgi əngəl tanımır” xeyriyyə aksiyasında təmsil olunub. Tədbirdə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva iştirak edib.  

Yerli qurumların nümayəndələri ilə yanaşı, Türkiyədən gələn qonaqların da iştirak etdiyi tədbirdə Türkiyə-Azərbaycan qardaşlığı mövzusu xüsusi olaraq vurğulanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dünyada, o cümlədən Azərbaycanda əlillərin, xüsusilə də fiziki məhdudiyyətli uşaqların reabilitasiyası, sağlamlığı, bu və ya digər problemlərinin həllini dövlət və özəl qurumlar diqqətdə saxlayır. “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek hospitalın dördüncü dəfədir ki, “İki dövlət, bir millət” şüarı altında nəcib təşəbbüsə qoşulduğunu diqqətə çatdırıb. Taner Özbek bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, onların ictimai həyatın bütün sahələrində iştirak etməsi, eləcə də həmin kateqoriyadan olan uşaqlar üçün cəmiyyətdə bərabər imkanlar yaradılması “Liv Bona Dea Hospital”ın əsas prioritet istiqamətlərindən biridir.

Aksiya çərçivəsində 130 uşaq müayinə edilib, həmçinin aztəminatlı ailələrin uşaqlarına 100 ədəd qış geyimi hədiyyə edilib.

İctimaiyyətlə əlaqələ şöbəsi


DİGƏR XƏBƏRLƏR