XƏBƏRLƏR

Azərbaycan Universiteti NCURA Cənubi Qafqaz və Ukrayna təşəbbüsünə qoşulub

Azərbaycan Universiteti NCURA Cənubi Qafqaz və Ukrayna təşəbbüsünə qoşulub

20 noyabr 2023

Baxış sayı: 1015

Azərbaycan Universiteti Universitet Tədqiqat İnzibatçılarının Milli Şurası (NCURA) Cənubi Qafqaz və Ukrayna təşəbbüsünə qoşulub. NCURA Cənubi Qafqaz və Ukrayna təşəbbüsü Gürcüstanın Biznes və Texnologiya Universiteti ilə şura arasında əməkdaşlıq çərçivəsində yaradılıb. 

1959-cu ildə əsası qoyulmuş Universitet Tədqiqat İnzibatçılarının Milli Şurası (NCURA) təhsil və peşəkar inkişaf proqramları vasitəsilə tədqiqat idarəçiliyi peşəsini inkişaf etdirməyə, bilik və təcrübələrin mübadiləsi və müxtəlif tədqiqatların təşviq olunması məqsədilə fəaliyyət göstərən qeyri-kommersiya peşəkar cəmiyyətidir. Cəmiyyətin 40 ölkədə 7 min 500-dən çox üzvü var. NCURA tədqiqat idarəçiləri arasında əlaqələrin qurulması və inkşaf etdirilməsində fəal iştirak edir. 

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR