XƏBƏRLƏR

Azərbaycan Universiteti Özbəkistanın ali məktəbi ilə əməkdaşlığa başlayır

Azərbaycan Universiteti Özbəkistanın ali məktəbi ilə əməkdaşlığa başlayır

12 yanvar 2023

Baxış sayı: 5892

Azərbaycan Universiteti ilə Özbəkistanın Urgençsk Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Urgençsk Dövlət Pedaqoji İnstitutunun rektoru Jumanazar Yarmetov imzalayıb. Memorandumun məqsədi ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətlərinin qurulması ve inkişaf etdirilməsidir.  

Memorandum çərçivəsində tədqiqatçıların və digər inzibati personalın mübadiləsi; tələbə, magistrant və müəllimlərin mübadiləsi; müştərək tədqiqat layihələri və təcrübə proqramlarının həyata keçirilməsi; birgə mühazirə və simpoziumların təşkil olunması; akademik informasiya və materialların mübadiləsi və bu kimi birgə əməkdaşlıq istiqamətləri nəzərdə tutulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR