XƏBƏRLƏR

Azərbaycan Universitetində “Həyatına dəyər ver” adlı sosial çarxın təqdimatı keçirilib

Azərbaycan Universitetində “Həyatına dəyər ver” adlı sosial çarxın təqdimatı keçirilib

17 oktyabr 2023

Baxış sayı: 661

Azərbaycan Universitetində “Gənclərin Anti-Narkomaniya” İctimai hazırladığı “Həyatına dəyər ver” adlı sosial çarxının təqdimatı keçirilib.

Tədbirdə İctimai Birliyin sədri və layihə rəhbəri Büllur Məmmədova çıxış edərək tələbələrə layihənin mahiyyəti haqqında məlumat verib. Layihə rəhbəri bildirib ki, “Həyatına dəyər ver” sosial çarxının hazırlanmasında məqsəd cəmiyyətimizdə, xüsusilə gənc nəslin nümayəndələri arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirməkdir. 

Ardınca Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan “Həyatına dəyər ver” sosial çarxı nümayiş olunub.

Sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Kamran Mailov narkomaniya ilə mübarizədə əldə olunan nailiyyətlər, qarşıya çıxan problemlər, bu sahədə gənclərin verə biləcəkləri töhfələr haqqında çıxış edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Dövlət Komissiyasının əməkdaşı Şahin İsmaylov narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat edib. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Saleh Aslanov narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan bəhs edib.

Təqdimatdan sonra tələbələrə “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Tədbirdə Dövlət Gömrük Komitəsinin əməliyyat müvəkkili Zaur Səfərov və Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova da iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR