XƏBƏRLƏR

Azərbaycan Universitetində “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

14 iyun 2023

Baxış sayı: 789

Azərbaycan Universitetində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş dəyirmi masa müzakirəsi keçirilib. İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında məlumat verilib. 

Tədbirdə Dövlət Himni səsləndirilib, elmi işlər üzrə prorektor Yusif Qasımov və İctimai elmlər kafedrasının professoru Qabil Əliyevin çıxışları dinlənilib. 

Prorektor Yusif Qasımovun çıxışı “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri: mürəkkəb beynəlxalq və daxili şərait” mövzusuna həsr olunub. Yusif Qasımov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıdıb. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan dövlətinin və xalqının gələcəyini müəyyən edən yeni başlanğıcın əsası qoyulub. 

İctimai elmlər kafedrasının professoru Qabil Əliyev “Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsidir” mövzusunda çıxış edib. Qabil Əliyev vurğulayıb ki, taleyüklü məsələlər qarşısında qalan Azərbaycan xalqı ümummilli liderə arxalanaraq təhlükədə olan milli dövlətçiliyini və müstəqilliyini qoruyub saxlayıb. Əsası 30 il bundan əvvəl qoyulan siyasi kursun cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə Azərbaycan dövləti bu gün tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşayır. 

Çıxışların ardından Azərbaycan dili və ədəbiyyat kafedrasının əməkdaşı Nigar Aslanlı Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirini səsləndirib. Tədbir Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə I kurs magistratura tələbəsi Günel Qurbanovanın “Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri” mövzsunda çıxışı ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR