XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri üçün ARPA-nın təqdimatı keçirilib

Azərbaycan Universitetinin tələbələri üçün ARPA-nın təqdimatı keçirilib

16 dekabr 2022

Baxış sayı: 9302

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyinin nümayəndələri Azərbaycan Universitetinin qonağı olub, Biznes və iqtisadiyyat fakültəsinin mühasibat və maliyyə yönümlü ixtisaslarında təhsil alan tələbələr ilə görüşüb. Görüşdə ARPA-nın “Tələbə üzvlük” paketi haqqında məlumat verilib, tələbələrin mövzuya dair sualları cavablandırılıb. 

Birliyin İdarə Heyətinin sədri Günay Şahbazova qeyd edib ki, ARPA Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə təsis olunub. 2019-cu ildə isə peşəkar mühasib təşkilatı kimi akkreditasiyadan keçib. Birliyin əsas məqsədi mühasibatlıq, risk və sığorta sahəsində tələbələrin maraqlarını və elmi inkişaflarını təmin etmək məqsədilə dəstək olmaqdır. ARPA 1000-dan cox fərdi, 12 korporativ üzvü var. 

Üzvlər üzrə mütəxəssis Tutu Əliyeva “Tələbə üzvlük” paketi haqqında məlumat verib. Təlim və sertifikasiya üzrə mütəxəssis Solmaz Cəfərli bildirib ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması birliyin öncəlikləri arasındadır. Tələbələr ARPA-nın təlimlərində iştirak edib yeni biliklər əldə edə bilərlər. 

Sonda Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi ARPA-nın ölkənin ən fəal ictimai birliklərindən biri olduğunu qeyd edib, təşkil etdiyi bütün görüş və təlimlərin aktual məsələlər əsasında qurduğunu vurğulayıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR