XƏBƏRLƏR

Azərbaycan Universitetində “Autizm Maarifləndirmə Günü” qeyd olunub

Azərbaycan Universitetində  “Autizm Maarifləndirmə Günü” qeyd olunub

02 aprel 2024

Baxış sayı: 715

Azərbaycan Universitetində “2 Aprel – Dünya Autizm Maarifləndirmə Günü” çərçivəsində tədbir keçirilib. Tədbirdə Azərbaycan Universitetinin müəllim-tələbə heyəti, Nərimanov rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Autizm Assosiasiyasının nümayəndələri, mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə BMT tərəfindən “Autizm Maarifləndirmə Günü”nün təsis olunması və məqsədi,  autizm spektr pozuntusu və əlamətləri, diaqnozun qoyulması, müalicəsi, rəsmi statistikası, inklüziv təhsil sisteminin qurulması haqqında məlumat verilib.

Azǝrbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, Nərimanov rayonu üzrə gǝnclǝr vǝ idman sektorunun müdiri Bahǝddin Hüseynov, İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramının aparıcısı, jurnalist Ürfan Məmmədli, türkiyəli mütəxəssis Özden Erbaş, “ABA” uşaq inkişaf mərkəzinin rəhbəri Ümidə Kəngərli, Bakı Qızlar Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminovanın çıxışları və məruzələri dinlənilib.

Çıxış və məruzələrdə dünyada və eləcə də Azərbaycanda autizmli uşaqların sayının sürətlə artdığı bildirilib. Problemin tez aşkarlanmasının və marifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, bu sahədə dövlət proqramının hazırlanmasına ehtiyac olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasının tələbələri Fərid Abbasov, Pəri Hüseynzadə, Bəsti Ağalıyeva və Politologiya ixtisasının tələbəsi Şövkət Əliyevanın təşkilatçılığı ilə keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR