XƏBƏRLƏR

Azərbaycan Universitetində “Dilimiz mənəviyyatımızdır” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Dilimiz mənəviyyatımızdır” mövzusunda tədbir keçirilib

14 dekabr 2023

Baxış sayı: 1216

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz mənəviyyatımızdır” adlı müsiqili ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan dilinin keçdiyi uzun və şərəfli yol tarixi-xronoloji ardıcıllıqla təqdim olunub. Tələbələrin ifasında Azərbaycan dilinin gözəlliyini tərənnüm edən şeir və mahnılar, şifahi xalq ədəbiyatından nümunələr səsləndirilib. Şeirlərdə Azərbaycan dilinin zərifliyi, incəliyi, ecazkarlığı və dözümlülüyü Nizami Gəncəvi, Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi klassik və müasir ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərindən, o cümlədən şifahi xalq yaradıcılığından götürülmüş nümunələrdə öz əksini tapıb. Böyük tarixi şəxsiyyətlərin Azərbaycan dili haqqında dedikləri kəlamlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.  

Tələbələr müsiqili ədəbi-bədii gecəyə Tərcümə və filologiya kafedrasının müəllimi Solmaz Süleymanovanın rəhbərliyində  hazırlaşıblar. Tədbirdə 232310 (Muzey, arxiv işi və abidələrin qorunması), 232118 (Təhsildə sosial psixoloji xidmət), 232203 (Dövlət və ictimai münasibətlər), 232215 C (Tərcümə, ingilis dili) qruplarının tələbələri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR