XƏBƏRLƏR

Azərbaycan Universitetində IX Daxili Şahmat Turniri keçirilib

Azərbaycan Universitetində IX Daxili Şahmat Turniri keçirilib

09 dekabr 2022

Baxış sayı: 9055

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş IX Daxili Şahmat Turniri keçirilib. Universitetin bütün fakültə və ixtisasları üzrə 22 nəfərin iştirak etdiyi yarış “blts sistem”  üzrə təşkil olunub. İştirakçılar fərdi şəkildə mübarizə aparıblar. 

Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Mirhüseyn Rövşən oğlu Ağayev olub. İkinci yeri Humanitar fənlər fakültəsinin Sosial iş ixtisası üzrə təhsil alan II kurs tələbəsi Sədi Sədullah oğlu Bəşirov, üçüncü yeri isə Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rəsul Elxan oğlu Quliyev tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR