XƏBƏRLƏR

Azərbaycan Universitetində dövlət proqramının təqdimatı olub

Azərbaycan Universitetində dövlət proqramının təqdimatı olub

23 fevral 2024

Baxış sayı: 444

Azərbaycan Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təqdimatı olub. Yuxarı kurs tələbələrinin iştirak etdiyi tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Gülnarə Məmmədova və Paşa Paşayev iştirakçılara proqamın məqsədləri, prioritet istiqamətləri, mərhələləri, proqram çərçivəsində qarşılanan xərclər, müraciət qaydaları və tələb olunan sənədlər, seçim meyarları və prosedurları, proqramın icrasına nəzarət, məzunların məşğulluğunun təmin edilməsi haqqında məlumat verib, sualları cavablandırıblar. 

Tədbirdə qeyd olunub ki, dövlət proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR