XƏBƏRLƏR

Azərbaycan Universitetində ECAR layihəsi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Universitetində ECAR layihəsi çərçivəsində növbəti görüş keçirilib

17 oktyabr 2023

Baxış sayı: 1106

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşdə rektor Səadət Əliyeva layihə çərçivəsində Azərbaycan Universitetində görülən işlər barədə Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov, layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova və Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramova məlumat verib. 

Ardınca Bakı Biznes Universitetinin əməkdaşları ümumilikdə layihənin gedişatı və görülmüş işlər haqqında məlumat veriblər. Daha sonra layihə çərçivəsində görüləcək işlərin növbəti müzakirəsi aparılıb.

Görüşdə Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Nüşabə Quliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, İnsan resursları departamentinin müdiri Kamran Rzayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova da  iştirak edib.

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. ECAR layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir. Layihə 14 iyul 2024-cü il tarixinə qədər uzadılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR